Dünya

Bitkoinin məzənnəsi kəskin azalıb

4 Dekabr 2021 17:52
0 Şərh     Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən çox istifadə olunan kriptovalyuta olan bitkoinin məzənnəsi ötən gecə 42 min dollar olub. Bu da son iki ayın ən aşağı həddidir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bütövlükdə başlıca kriptovalyutaların məzənnəsi ötən gecə 20 faiz azalıb, kriptovalyuta bazarının həcmi isə 16 faiz azalaraq 2 trilyon ABŞ dollarınadək geriləyib.

Ən böyük kriptovalyuta birjası olan "Binance"da bitkoin son 24 saatda 16,7 faiz ucuzlaşaraq bu gün səhərə olan vəziyyətə görə 47,25 min dollardan, 20 birjanın orta rəqəmlərini hesablayan "Coin Market Cap" portalına görə isə 16,36 faiz ucuzlaşaraq 42,6 min dollardan satılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.