Dünya

ÜST: “Omicron ştamından ölüm qeydə alınmayıb”

4 Dekabr 2021 08:28
0 Şərh     Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son məlumata görə, Omicron ştamı 38 ölkədə aşkar edilsə də, bu ştamla bağlı ölüm qeydə alınmayıb".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Kristian Lindmayer bildirib.

Bununla yanaşı, sözçü əlavə edib ki, yeni ştam barədə daha dəqiq məlumat əldə etmək üçün bir neçə həftə lazımdır. Yalnız ətraflı tədqiqatlarla onun yoluxuculuğu, vaksinlərə və müalicəyə dayanıqlığı barədə məlumat əldə etmək mümkün olacaq: "Hələlik əldə etdiyimiz yeganə dəqiq məlumat Omicron ştamının yüksək dərəcədə yoluxucu olmasıdır", deyə Lindmayer vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.