Hava

Nazirlikdən qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

1 May 2022 15:24
0 Şərh     Baxış: 9 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava şəraitinin qeyri-sabit keçməsi haqqında məlumat yayılıb.

Milli Hidrometeorologiya Xidmətinin Milli.Az-a verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında mayın 02-03-də şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Mayın 02-dən 05-dək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.