Hava

Hava dumanlı, yollar buzlu olacaq - Xəbərdarlıq

28 Yanvar 2022 15:42
0 Şərh     Baxış: 3 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumatına əsasən, yanvar ayının 29-da gecə və səhər saatlarında ölkə ərazisindəki magistral avtomobil yollarının bəzi hissələrinin dumanlı olacağı gözlənilir.

Ölkə ərazisində gözlənilən dumanlı hava şəraitinə görə, Bakı-Şamaxı-Yevlax, Füzuli-Cəbrayıl-Mahmudlu, Quba-Xaçmaz, Quba-Qusar, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Bəhramtəpə-Biləsuvar, Bərdə-İstisu, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Ağdam-Ağdərə, Həkəri-Zəngilan, Gəncə-Daşkəsən, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Ağdam-Füzuli-Horadiz, Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Naxçıvan-Şahbuz, Lənkəran-Lerik magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq.

Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.