Türkiyə

3 rəfiqədən DƏHŞƏTLİ ƏMƏL: Avtomobilini, evini satdırdı, arvadından boşandırdı - VİDEO

10 Sentyabr 2021 14:50
0 Şərh     Baxış: 1 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Ərzurum vilayətində inanılmaz hadisə baş verib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 3 rəfiqə 15 kişini aldadaraq, onlardan 1 milyon lirə pul mənimsəyib. Qadınlar kişiləri inandırıblar ki, onlar pullarını kripto valyutaya yatırsalar, daha çox gəlir əldə edəcəklər. Bəziləri hətta evini, avtomobilini sataraq pullarını qadınlara verib. Bəziləri isə bankdan kredit çəkə bilməsi üçün şərti olaraq həyat yoldaşından boşanıb. Məsələnin üstü isə uzun müddətdən sonra açılıb.

Qadınlar hesablarının blok edildiyini irəli sürərək, pulların əldən getdiyini deyiblər. Kişilər aldadıldığını başa düşərək, polisə müraciət ediblər. Araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.