Türkiyə

Kanal İstanbul açıqlaması: 78 min gəmi keçidi...

22 May 2021 15:37
Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

10 ildən sonra Kanal İstanbula böyük ehtiyacımız olacaq.

Milli. Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu deyib.

"Avrasiyanın tam mərkəzindəyik. Logistik dəhlizlər artır. Dənizlər vasitəsilə daşınmalar hər il çoxalır. İstanbuldan təhlükəsiz şəkildə 25 min gəminin keçməsi nəzərdə tutulurdusa, bu gün biz onu 43 minə qaldırmışıq. Bu, illər ərzində artacaq və həcm yetməyəcək. 2050-ci ildə 78 min gəminin keçməsi gözlənilir. Kanal İstanbul layihəsi ilə Türkiyə logistik baza olacaq. 5 il ərzində Kanal İstanbul layihəsini bitirməyi hədəfləyirik", - deyə nazir bildirib.

Qeyd edək ki, Kanal İstanbulun tikintisinin yay aylarında başlanılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.