Türkiyə

Türkiyədə iki nazir istefa verib – Yeni təyinatlar

2 İyul 2024 11:36
Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin səhiyyə naziri Fahrettin Koca və ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki vəzifələrindən istefa veriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən istefaları qəbul edilən Fahrettin Kocanın yerinə İstanbul vilayəti üzrə səhiyyə müdiri professor Kamal Memişoğlu, səhhəti ilə bağlı problemlərə görə vəzifədən azad olunmasını istəyən və tələbi qəbul edilən Mehmet Özhasekinin yerinə isə Murat Kurum təyin ediliblər.

Təyinat qərarları Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Resmi Gazete"də dərc edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.