Türkiyə

Türkiyədə ağır yol qəzası - 2 nəfər ölüb, 30 nəfər yaralanıb

9 İyun 2024 16:54
Baxış: 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 9-da səhər saatlarında Türkiyənin Van-Bitlis yolu üzərindəki Kuskunduran tuneli yaxınlığında yük avtomobili ilə avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı iki nəfər ölüb, 30 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

"Qəza səhər saatlarında Van-Bitlis avtomobil yolunun Küskunkuran tuneli yaxınlığında baş verib. Sürücülərinin adları və dövlət nömrələri bəlli olmayan <...> sərnişin avtobusu ilə yük maşını naməlum səbəbdən toqquşub", - agentlik bildirib.

Məlumata görə, qəzada həlak olan iki nəfərdən biri avtobus sürücüsü, digəri sərnişinidir. Yaralanan 30 nəfərdən isə dördünün durumu ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.