Türkiyə

Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi

9 May 2024 19:51
Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyada Türkiyənin "Corendon Airlines" şirkətinə məxsus təyyarə qəzalı eniş edib. Təyyarənin ön təkəri partlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, hadisə Köln-Qazipaşa reysini həyata keçirən təyyarədə baş verib.

"Təyyarənin ön dayağı zədələnib. Hava gəmisindən 184 sərnişin və 6 ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfərin təxliyəsi başa çatıb. Sərnişinlərdən xəsarət alan olmayıb. İlkin məlumatlara görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib", - məlumatda bildirilib.

Xatırladaq ki, dünən "Boeing 767" tipli təyyarə də şassinin açılmaması səbəbindən İstanbul Hava Limanında qəzalı eniş edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.