Türkiyə

Rəsulzadənin Ankaradakı məzarı abadlaşdırılır - FOTO

28 Fevral 2024 19:26
Baxış: 726
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə Sərəncam imzalayıb".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb.

"Həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur", - məlumatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.