Türkiyə

İstanbulda kilsəyə hücumla bağlı 25 nəfər həbs olundu

2 Fevral 2024 13:21
Baxış: 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda Santa Maria kilsəsində baş verən silahlı insidentdən sonra saxlanılan 25 nəfər həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin ədliyyə naziri Yılmaz Tunç "X" hesabında paylaşıb.

Həbs olunanlar arasında Rusiya vətəndaşı da var. Onların İŞİD-lə əlaqəsi olduğu ehtimal edilir. 

Məsələ ilə bağlı saxlanılan daha 9 nəfər isə sərbəst buraxılıb. 

Xatırladaq ki, İstanbulda kilsəyə silahlı hücum yanvarın 28-i səhər saatlarında baş verib. İki nəfər maskalı şəxs kilsədə dua mərasimi zamanı atəş açıb. Nəticədə 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı həlak olub. İŞİD terror təşkilatı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.