Türkiyə

Acun illər sonra onu TV8-dən niyə qovduğunu AÇIQLADI - FOTO

25 Dekabr 2023 10:13
Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli yutuber Ənvər Aysevərin proqramında iştirak edən Acun Ilıcalı ilk dəfə olaraq aparıcı Seda Akgülün iddialarına cavab verib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, illər sonra Acun  Ilıcalı Seda Akgülün TV8-dən niyə qovulduğunu açıqlayıb.

2018-ci ildə TV8 kanlında yayımlanan "Gel Konuşalım"ın aparıcılarından olan Seda Akgül tez-tez Acun Ilıcalı tərəfindən işdən çıxarıldığını iddia edirdi. Seda Akgül Adnan Oktarın məşhur "kedicik"lərindən olan Ceylan Özgülə verdiyi suala görə işdən çıxarıldığını iddia edirdi.

Acun Ilıcalı illər sonra bu iddialara cavab verib.

O, açıqlamasında bunları deyib: "O verilişdə nə var idi ki, mən onu TV-dən qovum. Seda xanımı Tv-də komanda yoldaşları istəmədi deyə işdən çıxarıldı. Bunun səbəblərini də mən dəyərləndirə bilmərəm. O dərhal işdən çıxarılmamışdı. "Məni başqa yerdə işləməyə də qoymur" deyir, amma bir aydan sonra başqa yerdə işləməyə başladı. Amma oradan da çıxarıldı Hamı qadını işə götürüb sonra işdən qovdu. Acun günahkar oldu?. Sonra niyə 5 il ərzində iş tapa bilmədi? Mən ona mane oluram?".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.