Türkiyə

Bu, türk dövlətlərinin birliyi üçün vacibdir - Ərdoğan

3 Noyabr 2023 17:06
Baxış: 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türk dövlətlərinin birliyi üçün vahid türk əlifbasının tətbiqi vacibdir.

Milli.Az TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında çıxışı zamanı deyib.

"Birliyimiz üçün dil və ortaq əlifba önəmlidir. Bu məsələdə prezidentlərin dəstəyi vacibdir. Ali Təhsil Şuramız bu istiqamətdə öz təkliflərini TDT katibliyinə məruzə edib. Ümid edirik ki, bu təkliflər yüksək qiymətləndiriləcək", - deyə R.T. Ərdoğan əlavə edib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammiti keçirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.