Türkiyə

Balotelli Ərdoğanın bu VİDEOSUNU paylaşdı, Fələstinə dəstək verdi

23 Oktyabr 2023 23:27
Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Adana Dəmirspor"un hücumçusu Mario Balotelli sosial şəbəkədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2009-cu ildə Dünya İqtisadi Forumunda İsrailin o vaxtkı prezidenti Şimon Peresin Fələstinlə münaqişə ilə bağlı sözlərinə cavab verərkən etdiyi çıxışın videosunu yerləşdirərək Fələstinə dəstək verib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Ölkənizin iki keçmiş baş nazirinin tanklarla Fələstinə getməyə şad olduqlarını dediklərini xatırlayıram. Dediklərinizi alqışlamaq da bir başqa insanlıq suçu. Çox adam öldürüldü. Və hesab edirəm ki, bu, tamamilə yanlış və qeyri-insanidir", - deyə Ərdoğan bildirib.

"Biz müzakirəyə yenidən başlaya bilmərik. Bizim vaxtımız yoxdur. Biz insanların nahara getməsinə icazə verməliyik", - debat moderatoru Devid İqnatius bildirib.

"Çox sağ olun, çox sağ olun, çox sağ olun, çox sağ olun. Bundan sonra Davosa dönəcəyimi düşünmürəm", - Ərdoğan deyib və səhnəni tərk edib.

Türkiyənin hazırkı prezidenti bundan sonra foruma gəlməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.