Türkiyə

Kreditə görə bank işçisini güllələdi

13 Oktyabr 2023 16:38
Baxış: 1 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə bir şəxs bankda işləyən  dostunu ofisində yeni kredit ala bilmədiyi üçün boynundan güllələyib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Remzi adlı bir şəxs bir müddət əvvəl Şişlidə bankdan 340 min lirə kredit götürüb. Lakin bir müddət sonra  işi pis getdiyi üçün banka olan borcunu ödəyə bilməyib. Bu səbəbdən bankda tanış olub dostluq etdiyi və bank işçisi Cəmil A. ona zəng edib onun üçün yeni kredit götürməsini istəyib. Lakin Cəmil yeni kredit verə bilməyib.

Bu vəziyyətə əsəbiləşən Remzi sakitcə stulda oturan dostunun arxasına keçərək tapança ilə onun boynundan atəş açıb.

Polis nəzarətinə götürülən və törətdiyi cinayəti etiraf edən  Remzi T. cinayətdən tutularaq həbs edilib..

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.