Türkiyə

Xəstəxanada rüsvayçı olay - Tibb işçisi... - FOTO

10 Oktyabr 2023 19:15
Baxış: 2 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə xəstəxanaların birində tibb işçisi Emre Kale reanimasiyada müalicə olunan  ağciyər xərçəngi 63 yaşlı qadına cinsi təcavüz edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı hazırlanan iddianamədə iyrənc detallar yer alıb. Kalenin yaşlı qadına müalicəsində istifadə edilməyən tərkibində hidromorfin olan dərman verəndən sonra ona cinsi təcavüz etdiyi məlum olub.

Xəbər üzərinə işə başlayan polis şübhəli Emre Kaleni saxlayıb. Polis idarəsində təhlükəsizlik görüntüləri göstərilərkən şübhəli "Xəstəyə verdiyim dərmanlar onun öz elektron sistemindəki dərmanlardır, qalan görüntülər üçün deyəcəyim bir şey yoxdur" deyib.

Emre Kale polis bölməsində verdiyi ifadələrin ardından məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib. Qadın isə hadisədən qısa müddət sonra dünyasını dəyişib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.