Türkiyə

Macarıstanla ticarət həcmini 6 milyard dollara çatdırmağı hədəfləyirik - Ərdoğan

21 Avqust 2023 11:01
Baxış: 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və Macarıstan arasında ticarət həcmini qısa zamanda 6 milyard dollara çatdırmağı hədəfləyirik.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə ilə Macarıstan arasında köklü və möhkəm dostluq münasibətlərinə əsaslanan geniş əlaqələr var. Macarıstanla əlaqələrimizin bütün sahələrində mühüm irəliləyiş əldə edirik", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, dünən Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə bir günlük səfər edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyə və Macarıstanın ikitərəfli ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.