Türkiyə

Qurani-Kərimin yandırılması insani dəyərlərə xəyanətdir - Devlet Bahçeli

4 İyul 2023 12:40
Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qurani-Kərimin yandırılması insani dəyərlərə xəyanətdir.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib.

"Sistematik şəkildə inkişaf edən islamofobiya insanlığı təhdid edir. Quranı yandırmaq insani dəyərlərə xəyanətdir. Bu təxribatı İraq əsilli təxribatçının təkbaşına törətdiyini düşünmək ağlasığmazdır. Bunun qaynar inkişaflar dövründə baş verməsi şübhəlidir. Quranın yandırılmasını əqidə azadlığı hesab etmək olmaz",- deyə Bahçeli bildirib.

Xatırladaq ki, iyunun 28-də İsveçdə Qurban bayramının ilk günü polis əməkdaşlarının qoruması altında Quranın yandırıldığı təxribat xarakterli aksiya həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.