Maaşlar 9.5 faiz artdı, bəs pensiyalar nə qədər artırılacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda orta aylıq əmək haqqı bu ilin ilk 10 ayında 9.5 faiz artaraq 1087 manata çatıb.
Milli.Az xəbər verir ki, neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək əməkhaqqı qeydə alınıb.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, maaşlardakı artım pensiyalarin indeksləşdirilərək hansı faizlə artırılmasının müəyyənləşdirilməsi baxımdan da vacibdir.
Deputat qeyd edib ki, əmək pensiyalarının indeksləşdirilməsi "Əmək Pensiyaları" haqqına Qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır:
"İlkin gözləntilərə əsasən, 2025-ci ildə orta aylıq əmək haqqının 9.2 faiz artacaq. Yəni, bu halda pensiyaların 9.2 faiz artacağı gözlənilir. Bununla belə, daha dəqiq göstərici fevral ayının əvvəlində rəsmi olaraq elan olunacaq".
Nəzərə çatdırıb ki, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub:
"Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq".
V.Bayramovun sözlərinə görə, qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq:
"Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.
Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar - AÇIQLAMA
-
Sabahdan bəzi məktəblərdə dərslər DİSTANT formada keçiriləcək
-
“O görüntülər süni intellektlə yaradılıb” - RƏSMİ
-
Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunub - YENİLƏNİB
-
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
-
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
XƏBƏR LENTİ
-
Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO
-
Röya Ayxanın toyda bəyin dostu ilə dueti gündəm oldu - VİDEO
-
Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar - AÇIQLAMA
-
Sabahdan bəzi məktəblərdə dərslər DİSTANT formada keçiriləcək
-
“Belə insanlarla əlaqəni kəsmək lazımdır”
-
BARZA Collection Tural Moyufovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
“O görüntülər süni intellektlə yaradılıb” - RƏSMİ
-
Keşlədəki yanğın söndürüldü - YENİLƏNİB
-
"Mən liderəm, prezident olmağa gəlmirəm”
-
Mehriban Abasquliyeva görün kimin bacısı İMİŞ
-
Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO
-
Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunub - YENİLƏNİB
-
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
-
Onun da adı Epşteyn fayllarında çəkilib: Mesajları ortaya çıxdı - FOTO
-
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
-
Tehran Hörmüz boğazından keçidə görə ödəniş almaq niyyətində deyil
-
AQTA-dan reyd: 600-dən çox quşla bağlı şok fakt
-
İyunun 7-də imtahan verəcək şəxslər üçün VACİB XƏBƏR
-
Azərbaycan gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir - Sahil Kərimli
-
Daha bir klubumuz kapitanı göndərdi
-
Rəqsanənin tanınmış müğənni ilə şıdırğı RƏQSİ - VİDEO
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
-
Paytaxtda qəza oldu, sıxlıq yarandı - FOTO





