Azərbaycan gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir - Sahil Kərimli
"Bakı Enerji Həftəsi" artıq uzun illərdir ki, enerji sahəsində ən nüfuzlu beynəlxalq platformalardan biri kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə çıxışı, ölkəmizin enerji layihələri ilə bağlı səsləndirdiyi fikirlər yüksək qiymətləndirilir. Dövlətimizin başçısının Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı kimi mövqeyini vurğulaması, ölkəmizin enerji layihələrinin həm müəllifi, həm də icraçısı olduğunu diqqətə çatdırması, eləcə də bu istiqamətdə müəyyən edilmiş prioritetlərlə bağlı konkret mesajlar verməsi dünya ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir.
Milli.Az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
Azərbaycanın öz zəngin enerji resurslarından səmərəli istifadə edən ölkə olduğunu bildirən politoloq qeyd edib ki, ölkəmiz uzun illərdir dünya və Avropa miqyaslı nəhəng enerji layihələrinin həyata keçirilməsində aparıcı rol oynayır. Bu layihələrin uğurla icra olunması və davamlı inkişafı istiqamətində mühüm prioritetlər müəyyənləşdirilib. Bu gün Azərbaycanın neft-qaz layihələri ilə yanaşı, bərpaolunan və alternativ enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirməsi böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı çıxışında bu sahədəki prioritetləri və gələcək hədəfləri də konkret şəkildə diqqətə çatdırdı. Azərbaycanın enerji layihələrinin beynəlxalq nüfuzu və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə təqdirəlayiqdir.
"Ölkəmiz enerji siyasətində yalnız iqtisadi maraqları rəhbər tutmur. Bu siyasətin əsas istiqamətlərindən biri də beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsidir. Ölkəmiz bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan həm mövcud enerji layihələrini uğurla icra edir, həm də gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir. Eyni zamanda, Azərbaycanın həm neft-qaz layihələri, həm də xüsusilə işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan yaşıl enerji layihələri xüsusi əhəmiyyət daşıyır. Külək və günəş enerjisi sahəsində həyata keçirilən layihələr, o cümlədən yeni enerji infrastrukturunun yaradılması ölkənin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə atılan addımlar Azərbaycanın enerji keçidi siyasətinin mühüm tərkib hissəsidir", - deyə o vurğulayıb.
S.Kərimli, həmçinin qeyd edib ki, bu forum Azərbaycana olan inamın, etibarın və güvənin göstəricisi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasətinin nəticəsidir ki, bu gün ölkəmiz enerji layihələrindən mühüm iqtisadi dividentlər qazanır, iqtisadi inkişafını davam etdirir və beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Azərbaycanın enerji resursları və yaşıl enerji sahəsində həyata keçirilən layihələr gələcəkdə də ölkənin iqtisadi inkişafına və rifahının yüksəlməsinə mühüm töhfə verəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Azərbaycan gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir - Sahil Kərimli
-
Ermənistan və ABŞ arasında strateji razılaşma
-
San-Marino mətbuatı Azərbaycandan birbaşa qaz tədarükünün əhəmiyyətini vurğulayıb
-
TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq - Marko Rubio
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
XƏBƏR LENTİ
-
“O görüntülər süni intellektlə yaradılıb” - RƏSMİ
-
Keşlədəki yanğın söndürüldü - YENİLƏNİB
-
"Mən liderəm, prezident olmağa gəlmirəm”
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Mehriban Abasquliyeva görün kimin bacısı İMİŞ
-
Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO
-
Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunub - YENİLƏNİB
-
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
-
Onun da adı Epşteyn fayllarında çəkilib: Mesajları ortaya çıxdı - FOTO
-
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
-
Tehran Hörmüz boğazından keçidə görə ödəniş almaq niyyətində deyil
-
AQTA-dan reyd: 600-dən çox quşla bağlı şok fakt
-
İyunun 7-də imtahan verəcək şəxslər üçün VACİB XƏBƏR
-
Azərbaycan gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir - Sahil Kərimli
-
Daha bir klubumuz kapitanı göndərdi
-
Rəqsanənin tanınmış müğənni ilə şıdırğı RƏQSİ - VİDEO
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
-
Paytaxtda qəza oldu, sıxlıq yarandı - FOTO
-
Firudin Qurbanov Belarusda təhsil alan azərbaycanlı tələbələrlə görüşdü - FOTO
-
“Az Çəki, Çox Həyat”: Novo Nordisk piylənmə ilə mübarizədə müasir tibbi yanaşmalarını Azərbaycana gətirir - FOTO
-
“Elə kişi ilə 1 gün də YAŞAMARAM”
-
Tanınmş müğənnidən pərəstişkarlarına bəd xəbər - Konsertlərini bir-bir təxirə saldı
-
Bu binalarda yaşayanların NƏZƏRİNƏ - Söküntü BAŞLANDI
-
Mehriban Abasquliyeva məhkəmə zalında həbs EDİLDİ





