San-Marino mətbuatı Azərbaycandan birbaşa qaz tədarükünün əhəmiyyətini vurğulayıb
San-Marinonun rəsmi qəzeti "Tribuna Politica" SOCAR Trading Gas & Power ilə imzalanmış Azərbaycandan təbii qazın birbaşa tədarükünə dair sazişin əhəmiyyətini geniş şəkildə işıqlandıraraq, bu müqaviləni ölkənin enerji sabitliyinin təmin olunması istiqamətində ən mühüm addımlardan biri kimi qiymətləndirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, nəşrdə qeyd olunub ki, sənədin Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf və dövlət şirkəti A.A.S.S.-in baş direktoru Marçello Forsellini tərəfindən imzalanması respublikanın resursların idarə olunması sahəsində yeni mərhələyə keçidini təmin edir.
Qəzetin jurnalistləri vurğulayırlar ki, təsdiqlənmiş təchizat modeli ölkəni geosiyasi risklərdən maksimum dərəcədə qorumağa və qış mövsümündə fasiləsiz istilik təchizatını təmin etməyə hesablanıb.
Müvafiq nazirliklər daxili istehlak tariflərinin sabitləşdirilməsi və dövlət büdcəsinin daha proqnozlaşdırılan parametrlər əsasında formalaşdırılması məqsədilə mənbədən birbaşa alış mexanizmindən istifadə etməyi planlaşdırırlar.
"Tribuna Politica"nın yazdığına görə, yeni saziş Azərbaycan və San-Marino arasında qarşılıqlı investisiyaların cəlb olunması, eləcə də birgə texnoloji innovasiyaların inkişafı üçün uzunmüddətli əsas yaradır.
"Bu saziş enerji təchizatının sabitliyini və təhlükəsizliyini gücləndirmək məqsədilə tədarük mənbələrinin şaxələndirilməsinə xidmət edən diplomatik fəaliyyətin konkret nəticəsidir. Eyni zamanda, bu, iki ölkə arasında gələcək enerji əməkdaşlığı istiqamətində atılmış real addımdır", - deyə nəşr San-Marinonun iqtisadi planlaşdırma üzrə dövlət katibi Alessandro Bevitorinin bəyanatından sitat gətirib.
Maliyyə, büdcə, nəqliyyat və energetika məsələləri üzrə dövlət katibi Marko Qatti isə qəzetə açıqlamasında yeni idxal modelinin iqtisadi üstünlüklərinə diqqət çəkib.
"Aparıcı beynəlxalq oyunçuya birbaşa çıxış imkanının əldə olunması xüsusi strateji əhəmiyyət daşıyır. Əlverişli iqtisadi şərtlərin müəyyənləşdirilməsi ölkə üçün real iqtisadi üstünlük yaradır, çünki bu, xərclərin daha dəqiq proqnozlaşdırılmasına və tarifsistemimizin daha səmərəli idarə olunmasına imkan verir", - deyə Qatti bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Türkmənistan Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
XƏBƏR LENTİ
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib





