“Az Çəki, Çox Həyat”: Novo Nordisk piylənmə ilə mübarizədə müasir tibbi yanaşmalarını Azərbaycana gətirir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı, Azərbaycan, 3 iyun 2026-cı il - Danimarkanın aparıcı qlobal səhiyyə şirkəti Novo Nordisk Azərbaycanda mühüm bir mərhələni qeyd edərək piylənmə ilə yaşayan insanlar üçün "Live Lighter - Az Çəki, Çox Həyat" kampaniyasını Bakı Konqres Mərkəzində keçirilən xüsusi media konfransında təqdim edib.
Tədbir səhiyyə liderlərini, dövlət qurumlarının nümayəndələrini, media təmsilçilərini və ictimaiyyət nümayəndələrini bir araya gətirərək ölkənin ən aktual, lakin çox zaman yanlış başa düşülən sağlamlıq problemlərindən biri olan piylənmənin tibbi, sosial və ictimai səhiyyə baxımından təsirlərinin müzakirəsinə həsr olunub.
Qlobal miqyasda olduğu kimi, Azərbaycanda da yayılma səviyyəsi artmaqda olan piylənmə hələ də çox vaxt yalnız şəxsi məsuliyyət və həyat tərzi seçimi kimi qiymətləndirilir. Bu yanaşma isə bir çox hallarda vaxtında və düzgün tibbi yardımın alınmasını gecikdirə bilər. Piylənmə 200-dən çox tibbi vəziyyətlə, o cümlədən 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri, böyrək və qaraciyər pozğunluqları, eləcə də bəzi xərçəng növləri ilə yaxından əlaqələndirilir. Bu hallar insanların uzunmüddətli sağlamlığına və həyat keyfiyyətinə ciddi təsir göstərməklə yanaşı, səhiyyə sistemləri üzərində də artan yük yaradır.
Bu kontekstdə Novo Nordisk orijinal semaqlutid tərkibli yeni GLP-1 preparatının Azərbaycanda istifadəyə təqdim olunduğunu bildirir. Preparatın ölkəmizdə əlçatan olması həkim nəzarəti altında fərdiləşdirilmiş müalicə imkanlarını genişləndirməklə yanaşı, piylənmə ilə bağlı ictimai maarifləndirmənin gücləndirilməsinə də töhfə verə bilər. Yeni təqdim olunan preparat piylənmə ilə yaşayan insanlar üçün nəzərdə tutulmuş həftədə 1 dəfə istifadə edilən müalicə vasitəsidir. Preparatın istehsal prosesi Danimarkada yerləşən, beynəlxalq standartlara uyğun sertifikatlaşdırılmış nüfuzlu istehsal müəssisələrində həyata keçirilir və ABŞ Qida və Dərman Administrasiyası, Avropa Dərman Agentliyi daxil olmaqla aparıcı qlobal tənzimləyici orqanlar tərəfindən təsdiqlənib. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən də rəsmi təsdiqini almışdır.
Orijinal semaqlutid həm klinik tədqiqatlarda, həm də real klinik praktikada geniş şəkildə öyrənilib və bu günədək dünyada 49 milyondan çox istifadə təcrübəsinə malikdir.
Tədbirdə çıxış edən Danimarkanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Ole Toft səhiyyə sahəsində daha yaxşı nəticələrə nail olmaq üçün tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq bildirib:
"Piylənmə kimi kompleks sağlamlıq problemlərinin həlli əməkdaşlıq, innovasiya və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş ortaq öhdəlik tələb edir. Danimarka səhiyyə innovasiyaları sahəsində güclü irsə malikdir və bu təcrübənin Azərbaycanın səhiyyə mühitində mənalı irəliləyişə töhfə verdiyini görmək sevindiricidir."
"Piylənmə artıq səhiyyə müzakirələrinin kənarında qalmamalıdır," - deyə Novo Nordisk-in Azərbaycan üzrə rəhbəri Şule Erdim Ersoy bildirib. "Uzun müddət piylənmə yalnız iradə məsələsi kimi təqdim olunub. Halbuki elm bunun daha mürəkkəb tibbi vəziyyət olduğunu göstərir. Novo Nordisk diabet sahəsində 100 ildən artıq təcrübəyə və ciddi xroniki xəstəliklərin müalicəsində dərin biliklərə malik qlobal səhiyyə lideridir. Şirkət həmçinin piylənmə sahəsində üç onillikdən artıq müddətdə məqsədyönlü elmi tədqiqatlar aparır. Bizim üçün bu, yeni bir istiqamət deyil. Bu, elmə, məsuliyyətə və pasiyent təhlükəsizliyinə əsaslanan uzunmüddətli öhdəlikdir."
EASO ECN-in Azərbaycan üzrə İdarə Heyətinin üzvü, piylənmə müalicəsi üzrə mütəxəssis həkim Emil Hidayətli bildirib:
"Bir çox pasiyent üçün piylənmə və artıq çəki sadəcə həyat tərzi seçimlərinin nəticəsi deyil. Heç kim bu vəziyyəti özü seçmir - bu bir xroniki haldır. Hər pasiyentin yolu fərqlidir və bir çox insan üçün çəkinin idarə olunması bioloji səbəblərə görə çətin olaraq qalır. Piylənmə ilə yaşayan insanları həkimləri ilə danışmağa və peşəkar tibbi dəstək almağa təşviq edirəm."
Novo Nordisk Azərbaycanın Tibbi Meneceri Aytən Aslanovanın sözlərinə görə: "Semaqlutid tərkibli GLP-1 preparatı piylənmənin müalicəsində yalnız çəki azalmasına deyil, xəstəliyin daha kompleks idarə olunmasına yönəlmiş elmi əsaslı yanaşmanı təmsil edir. Klinik tədqiqatlar semaqlutidin bədən çəkisinin əhəmiyyətli və davamlı azalmasına kömək edə biləcəyini, həmçinin müəyyən pasiyent qruplarında ürək-damar sağlamlığı baxımından əlavə klinik faydalar göstərdiyini ortaya qoyur."
Novo Nordisk haqqında
Novo Nordisk 1923-cü ildə təsis edilmiş və baş ofisi Danimarkada yerləşən aparıcı qlobal səhiyyə şirkətidir. Şirkətin məqsədi diabet sahəsindəki irsinə əsaslanaraq ciddi xroniki xəstəliklərə qalib gəlmək üçün dəyişikliklərə təkan verməkdir.
Novo Nordisk bu məqsədi elmi yeniliklərə öncülük etməklə, dərmanlara çıxışı genişləndirməklə, xəstəliklərin qarşısının alınması və nəticədə onların müalicəsi istiqamətində çalışmaqla həyata keçirir. Şirkət təxminən 68 800 əməkdaşı ilə 80 ölkədə fəaliyyət göstərir və məhsullarını təxminən 170 ölkədə təqdim edir.
Novo Nordisk Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərir. Bu müddət ərzində şirkətin əsas diqqəti diabetlə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılmasına, səhiyyə mütəxəssislərinin dəstəklənməsinə və xroniki xəstəliklər barədə maarifləndirmənin artırılmasına yönəlib. Bu gün Novo Nordisk həmin uzunmüddətli təcrübə və elmi əsaslı yanaşmanı piylənmə ilə mübarizə sahəsinə də tətbiq etməklə Azərbaycanda daha sağlam gələcəyin formalaşmasına töhfə verməyi hədəfləyir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunub - YENİLƏNİB
-
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
-
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
-
İyunun 7-də imtahan verəcək şəxslər üçün VACİB XƏBƏR
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
-
Firudin Qurbanov Belarusda təhsil alan azərbaycanlı tələbələrlə görüşdü - FOTO
XƏBƏR LENTİ
-
Çantasını açıb içindəkiləri göstərdi: "Bahalı ətir və cüzdanı pulla doldururam" - VİDEO
-
Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunub - YENİLƏNİB
-
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
-
Onun da adı Epşteyn fayllarında çəkilib: Mesajları ortaya çıxdı - FOTO
-
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
-
Tehran Hörmüz boğazından keçidə görə ödəniş almaq niyyətində deyil
-
AQTA-dan reyd: 600-dən çox quşla bağlı şok fakt
-
İyunun 7-də imtahan verəcək şəxslər üçün VACİB XƏBƏR
-
Azərbaycan gələcəyə hesablanmış çoxşaxəli enerji siyasəti həyata keçirir - Sahil Kərimli
-
Daha bir klubumuz kapitanı göndərdi
-
Rəqsanənin tanınmış müğənni ilə şıdırğı RƏQSİ - VİDEO
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
-
Paytaxtda qəza oldu, sıxlıq yarandı - FOTO
-
Firudin Qurbanov Belarusda təhsil alan azərbaycanlı tələbələrlə görüşdü - FOTO
-
“Az Çəki, Çox Həyat”: Novo Nordisk piylənmə ilə mübarizədə müasir tibbi yanaşmalarını Azərbaycana gətirir - FOTO
-
“Elə kişi ilə 1 gün də YAŞAMARAM”
-
Tanınmş müğənnidən pərəstişkarlarına bəd xəbər - Konsertlərini bir-bir təxirə saldı
-
Bu binalarda yaşayanların NƏZƏRİNƏ - Söküntü BAŞLANDI
-
Mehriban Abasquliyeva məhkəmə zalında həbs EDİLDİ
-
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
-
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
-
Hantavirus yayılan həmin gəmi yenidən açıq dənizə çıxır
-
Evində 13,5 ton qızıl TAPDI - Edam cəzası verildi - VİDEO
-
Polşada helikopter qəzaya uğradı, pilot öldü





