2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının püşkatma mərasimi bu gün, saat 21:00-da keçiriləcək.
Milli.Az xəbər verir ki, püşkdən öncə komandaların yer aldığı səbətlər müəyyənləşib.
I səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya.
II səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya
III səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fildişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika
IV səbət: İordaniya, Kabo Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya, Avropa zonası üzrə pley-offun A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels - Bosniya və Herseqovina), B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya), C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo), D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya), FIFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası), FIFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq)
Meydan sahibləri - ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.
Qitələrarası püşkün nəticəsinə əsasən Yeni Kaledoniya - Yamayka cütünün qalibi mundiala vəsiqə uğrunda Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək. Boliviya - Surinam duelinin güclüsü isə İraqla münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.
Milli.Az





