Hava

Sabah da Bakıya yağış yağacaq

5 Dekabr 2025 12:28
Baxış: 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 6-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.

Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.