Lökbatan qəsəbəsinin Qobu Park 1 yaşayış massivində baş verən yanğında həyatını itirənlərdən ikisi uşaqdır.
Milli.Az xəbər verir ki, qafqazinfo əməkdaşının ilkin məlumatına görə hadisəyə mənzildəki kombi aparatında baş verən partlayış səbəb olub.
Hadisə zamanı eyni evdə yaşayan iki məktəbli və onların anası həlak olub.
Qonşu evdə yaşayan təxminən 65 yaşlı kişi kömək etmək üçün içəri daxil olarkən həyatını itirib. Onun həyat yoldaşı isə tüstüdən təsirlənərək xəstəxanaya aparılıb.
Onların adlarını təqdim edirik: Zülfiyyə Yusifova (1998), Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və Yusif Hüseynov (1953).
Qeyd edək ki, Baş Prokurorluqdan verilən məlumata görə hadisə ilə bağlı cinayət işi açılıb. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Milli.Az





