Türkiyə

Türkiyədən mənzil alan Ukrayna vətəndaşlarının statistikası açıqlanıb

21 İyun 2023 09:34
Baxış: 1 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2023-ci ilin yanvar-may aylarında Ukrayna vətəndaşları Türkiyədə 770 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 115 obyekt azdır.

Bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin may ayında Ukrayna vətəndaşları Türkiyədə 175 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 66 obyekt azdır.

2023-cü ilin may ayında Türkiyədə xarici vətəndaşlara 3 min 167 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 46,9 faiz azdır.

Yanvar-may aylarında əcnəbi vətəndaşlar Türkiyədən 16 min 650 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.