Türkiyə

Türkiyədə yenidən zəlzələ oldu

1 Noyabr 2025 09:37
Baxış: 364
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Balıkəsirdə Sındırgı rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, Fəlakət və Təcili Yardım İdarəetmə Başkanlığının (AFAD) veb saytında paylaşılan rəsmi məlumata görə, Balıkəsirdə Sındırgı rayonunda saat 7:58-də 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ təxminən 6,79 kilometr dərinlikdə, nisbətən dayaz səviyyədə baş verib.

Bu gecə bölgədə daha iki zəlzələ baş verib. Fəlakət və Təcili Yardım İdarəetmə Başkanlığı (AFAD) Balıkəsirdə saat 3:50-də 3,8 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb. 

Birinci zəlzələdən cəmi bir dəqiqə sonra eyni bölgədə ikinci zəlzələ qeydə alınıb. 

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.