Rusiyanın paytaxtı Moskvada motosikletçini öldürən azərbaycanlıların məhkəmə istintaqı başa çatıb.
Milli.Az bildirir ki, Moskva Şəhər Məhkəməsi noyabrın 6-da motosikletçinin qətlə yetirilməsi işi üzrə təqsirləndirilən şəxslərə hökm oxuyacaq.
Xatırladaq ki, dövlət ittihamçısı 2024-cü ilin aprelində Moskvada motosikletçi Kirill Kovalyovun qətlinə görə təqsirləndirilən şəxslərə 9,5 ildən 17 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edib.
Məlumata görə, 17 aprel axşamı Azərbaycan vətəndaşı 21 yaşlı Şahin Abbasov, Krasnodarskaya küçəsindəki binanın qarşısındakı səkiyə avtomobilini park edib. 24 yaşlı yerli sakin Kirill Kovalyov ona irad bildirib. Bundan sonra Abbasov Kovalyova hücum edib, onu döyüb və sonra qarnından bıçaqlayaraq, qaçıb. Abbasovun Luqansk ərazisinə qaçmağı planlaşdırdığı qeyd olunur. Təqsirləndirilənlər Rostov vilayətinin Kazanskaya kəndinə tanışlarının yanına gediblər və orada yerli polis tərəfindən saxlanılıblar.
Sonradan məlum olub ki, Moskvada saxlanılan yol polisi inspektoru Dmitri Bovtunov cinayət yerindən qaçan Şahin Abbasovu 30 min rubl müqabilində azad edib. /Lent.az
Milli.Az





