"TikTok"da saxta elanlar paylaşaraq vətəndaşları aldadan şəxs saxlanılıb.
Milli.Az-ın məlumatına görə Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları sosial şəbəkələr vasitəsilə vətəndaşları aldadan şəxsi saxlayıblar.
27 yaşlı Yusif İslamov "aksesuar auto" adlı "TikTok" səhifəsində avtomobil ehtiyat hissələrinin satışı ilə bağlı saxta elanlar yerləşdirib. O, elanlara inanan vətəndaşlardan guya alınan məhsulların ünvana çatdırılması üçün öncədən ödəniş etmələrini tələb edib.
Polis müəyyən edib ki, İslamov bu üsulla bir neçə vətəndaşı aldadaraq onların pulunu ələ keçirib.
Faktla bağlı araşdırma aparılır, Yusif İslamovun digər oxşar dələduzluq hallarında iştirak edib-etməməsi yoxlanılır.
Milli.Az





