Dünya

ABŞ-də təyyarə təcili eniş etdi - 15 yaralı var

1 Noyabr 2025 11:14
Baxış: 528
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-ın Florida ştatında JetBlue aviaşirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib.

Milli.Az xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, hadisə zamanı uşaqlar da daxil olmaqla ən azı 15 nəfər xəstəxanaya yerləşdirilib.

JetBlue şirkəti açıqlamasında bildirilib ki, uçuş zamanı təyyarə qəfil hündürlüyünü itirib və pilotlar dərhal tibbi yardım çağırışı ediblər.

Təyyarə hava limanına yönləndirilib. Hava limanında təcili tibbi yardım qrupları təyyarəni qarşılayıblar.

Məsələ ilə bağlı federal araşdırma başladılıb. 

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.