ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Ermənistana səfər edəcək.
Milli.Az xəbər verir ki, o, noyabrın 12-si Ermənistana səfər edəcək.
Bildirilib ki, səfərin əsas məqsədi biznes maraqları və hakimiyyət dairələrinin müxtəlif nümayəndələri ilə görüşlərdir.
Ehtimal olunur ki, səfəri ABŞ-nin Ermənistandakı səfiri Narek Mkrtçyan təşkil edib.
Trampın Nikol Paşinyanla görüşüb-görüşməyəcəyi isə hələlik məlum deyil.
Milli.Az





