Trampın oğlu Ermənistana gedir

1 Noyabr 2025 11:58

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Ermənistana səfər edəcək.

Milli.Az xəbər verir ki, o, noyabrın 12-si Ermənistana səfər edəcək.

Bildirilib ki, səfərin əsas məqsədi biznes maraqları və hakimiyyət dairələrinin müxtəlif nümayəndələri ilə görüşlərdir.

Ehtimal olunur ki, səfəri ABŞ-nin Ermənistandakı səfiri Narek Mkrtçyan təşkil edib.

Trampın Nikol Paşinyanla görüşüb-görüşməyəcəyi isə hələlik məlum deyil.

Milli.Az