Rusiya

Putin İradə Zeynalovaya rütbə verdi - FOTO

1 Noyabr 2025 13:32
Baxış: 858
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Mavrikidəki səfiri, azərbaycanlı İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verib.

Milli.Az xəbər verir ki, dövlət başçısının imzaladığı müvafiq fərman hüquqi aktların rəsmi dərc portalında yayımlanıb.

Sənəddə qeyd olunur:

"Rusiya Federasiyasının Mavriki Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İradə Avtandilovna Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilsin" .

Xatırladaq ki, Vladimir Putin 2024-cü ilin 13 sentyabr tarixində İradə Zeynalovanı Rusiyanın Mavrikidəki səfiri təyin etmişdi.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.