İdman

Hamit Altıntop Azərbaycanda işləmək istəyir

1 Noyabr 2025 12:27
Baxış: 424
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop Azərbaycanda işləmək istəyir.

Milli.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində 42 yaşlı veteran oyunçu özü məlumat verib.

O, bilik və təcrübəsini bölüşməkdən, xüsusən də gənc oyunçuların inkişafına dəstək olmaqdan həmişə məmnun olduğunu bildirib:

"Axı, biz hamımız eyni mədəniyyətin və futbol ailəsinin bir hissəsiyik. İstər Türkiyə Futbol Federasiyasında (TFF) işlədiyim vaxtlarda, istərsə də ondan sonrakı dönəmdə Azərbaycandakı futbol rəsmiləri (AFFA) ilə daim əlaqə saxlayırıq. Hazırda heç bir rəsmi əməkdaşlıq gündəmdə deyil. Ancaq Azərbaycan futboluna göstərdiyim hörməti və marağımı hər fürsətdə vurğulayıram".

Almaniya futbolunun yetirməsi olan Hamit Altıntop bu ölkənin "Şalke" və "Bavariya" kimi tanınmış komandalarında çıxış edib. O, həmçinin İspaniya nəhəngi "Real Madrid" və Türkiyə təmsilçisi "Qalatasaray"ın formalarını geyinib. Türkiyə yığmasının heyətində 82 oyun keçirən keçmiş yarımmüdafiəçi 7 qolla yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.