Kriminal

Özündən 17 yaş kiçik sevgilisini "TikTok"a görə DÖYDÜ: Polis işə qarışdı

1 Noyabr 2025 09:11
Baxış: 541
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Abşeron rayonunda kişi sevgilisini "TikTok"da hesab açdığı üçün döyüb.

Milli.Az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Xırdalan şəhərində baş verib. 1990-cı il təvəllüdlü Tofiq İbadov (ad və soyad şərtidir) Xırdalan şəhərində 2007-ci il təvəllüdlü xanımla tanış olur. Bir müddətdən sonra isə onlar sevgili olurlar.

Tofiq segilisinin "TikTok"da özünə məxsus profil açdığını eşidir. O bu barədə sevgilisinə desə də, xanım bunu inkar edir. Bir gün Tofiq "TikTok"da həmin hesabı görür və evə gəlir, sevgilisinə profili göstərir. Bundan sonra onların arasında mübahisə başlayır. Nəticədə, Tofiq sevgilisini şillə və təpik zərbələri ilə döyür. Qadın onun əlindən qaçaraq küçəyə çıxır və polisə məlumat verir. Hadisə yerinə polis əməkdaşları gəlirlər, T.İbadov saxlanılır.

Faktla bağlı cinayət işi başlanır və iş məhkəməyə göndərilir.

Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.