Türkiyə

Türkiyə yerli F-16 istehsal edəcək - İsmail Demir

18 May 2023 14:23
Baxış: 1 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə müdafiə sənayesində xaricdən asılılığı azaltmaq üçün "Özgür" F-16 Modernizasiya Layihəsi çərçivəsində yerli F-16 təyyarələri istehsal edəcək.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi rəhbəri İsmail Demir bildirib.

O, həmçinin bildirib ki, F-16 "Özgür" təyyarələrinin ATMACA Gəmi Əleyhinə Raketi və GEZGİN raketlərini daşıyacağı, eyni zamanda bu raketlərlə hədəfi vuracağı gözlənilir.

F-16 Blok 30 döyüş təyyarələrinın xüsusiyyətlərinə isə

•Milli Missiya Kompüter

• Sistem İnterfeys Vahidi

• Üst və ön İdarə Paneli

• Yanacaq Hidravlik Göstəricisi, Mühərrik Göstərici Ekranı

• Fövqəladə Hallar Göstəricisi

• Milli Səs Təhlükəsizliyi Cihazı

• Milli Dost - Düşmən İdentifikasiyası (IFF) Sistemi

• Çox Rejimli Qəbuledici

• İnertial Naviqasiya Sistemi

• Mərkəzi Kokpit Ekranı və Rəngli Çoxfunksiyalı Displey inteqrasiyası daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.