Türkiyə

Sinan Oğan seçkilərdə hansı prezidenti dəstəkləyəcəyi ilə bağlı qərarını bu tarixdə açıqlayacaq

17 May 2023 17:47
Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ATA İttifaqının prezident namizədi Sinan Oğan 19 may tarixində hansı prezidenti dəstəkləyəcəyi ilə bağlı qərarını açıqlayacaq.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.