Türkiyə

Terrorçuların bütün hədəfləri atəşə tutulub - Hulusi Akar

17 Aprel 2023 16:54
Baxış: 615
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Suriyanın şimalında yerləşən "Zeytin Dalı" və "Fırat Kalkanı" bölgələrində PKK terror təşkilatının bütün hədəfləri Mehmetçik tərəfindən atəşə tutulub və terror təşkilatının 10 üzvü zərərsizləşdirilib.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, anti-terror əməliyyatı nəticəsində dörd Mehmetçik yaralanıb.

Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.