Türkiyə

Satışa çıxarılan villanın üzərindəki sözlər diqqət çəkdi: Müştərilər dərhal fikrini dəyişdi - VİDEO

31 May 2022 03:31
0 Şərh     Baxış: 2 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Tokat şəhərində satışa çıxarılan villanın üzərinə yazılan sözlər diqqət çəkib.

Metbuat.az xəbər verir ki, Ali Yılmaz adlı şəxs villanı oğlunun adına sənədləşdirib. Bundan sonra isə oğul evi satmaq qərarına gəlib. Lakin atası buna qarşı çıxdığına görə tərəflər arasında mübahisə baş verib. Ata evin satılmaması üçün evin üzərinə "Bu villa satıla bilməz. Ata oğula verib. Vəfasız övladdır qəti şəkildə bu villayı sata bilməz" deyə yazıb. Evə baxmağa gələn müştərilər yazını oxuyandan sonra təəccüblənib. Onlar evi almaqdan imtina edib. Oğul atasının evdən çıxarılması üçün məhkəməyə müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.