Türkiyə

Kərə yağı adı altında insanlara satdığı məhsulu əridəndə insanlar şoka düşdü - VİDEO

19 Aprel 2022 00:31
1 Şərh     Baxış: 7 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kocaelidə (Türkiyə) qapı-qapı gəzib kərə yağı satan qadının hərəkətləri hər kəsi şoka salıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, bəlli olub ki, qadın yağın tərkibinə kartof püresi və marqarin qarışığını qataraq satmaqla onları aldadıb. Zərərçəkənlər dondurulmuş kərə yağı əridikdən sonra kartof püresi olduğunu anlayınca polisə gedərək şikayət ediblər. Saxta yağın kilosunu isə 80 lirəyə satıb.

Məsələn, evdə son pulu ilə saxta kərə yağı aldığını deyən Gülhan Karakaş adlı şikayətçi "zəng çaldı, qapını açanda əlində bu yağı tutmuşdu. "Yağ, yumurta, pendir satıram" dedi. Mən hələ maaş almadığımı deyəndə, "uşaqlarıma yemək alacam" deyərək borca mal satmayacağını bildirdi. Evdə son 100 lirəm var idi. Onun halına yazığım gəldiyi üçün yağı aldım. Qalıq 20 TL-ni də qaytarmadı. "Gələn həftə sənə süd və pendir gətirəcəm" deyib getdi. Bacıma da 3 kilo satdı" deyə şikayətçi bildirib.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.