İdman

7 il əvvəl gələcəyin ulduzları seçilən futbolçular - SİYAHI

28 Oktyabr 2021 16:04
0 Şərh     Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Guardian" nəşri Avropada perspektivli futbolçuları seçməkdə hər zaman diqqət çəkib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,  saytının məlumatına görə, adıçəkilən qəzet hər il gələcəyin ulduzlarını müəyyənləşdirir.

"Guardian" ən uğurlu seçimi 2014-cü ildə edib. Həmin vaxt seçilən 10 gənc oyunçunun çoxu hazırda dünya ulduzları sırasındadır. Görək 2014-cü ildə gələcəyin ulduzları kimi qələmə verilən həmin gənclər kimlərdir və hazırda hansı durumdadırlar.

Gənc olmasına baxmayaraq, "Yuventus"da əsas heyət üzvü idi. İki il sonra həmin vaxt üçün rekord məbləğ sayılan 105 milyon avroya "Mançester Yunayted"ə keçdi. Hazırda da dünyanın ən yaxşılarından sayılır.

Yulian Draksler

"Şalke"nin aşağı yaş qrupundan yetişən Draksler bir il sonra "Volfsburq"a üz tutdu. 2017-ci ildə 36 milyon avro qarşılığında PSJ-nin formasını geyinən almaniyalı yarımmüdafiəçi gözləniləni tam göstərmədi.

Romelu Lukaku

Lukaku hələ 2014-cü ildə gənc yaşda Premyer Liqada qollar vururdu. Həmin il "Çelsi"dən 35 milyon avroya "Everton"a keçən belçikalı forvard bu ilin yayında 115 milyon avro qarşılığında "İnter"dən "zadəganlar"a qayıtdı. Klub tarixinin ən bahalı transferi indinin özündə də mövqeyinin ən yaxşılarındandır.

Adnan Yanuzay

"Mançester Yunayted"in dünya futboluna qazandırdığı Yanuzay 7 il əvvəlki proqnoza görə, indi qarşısıalınmaz olmalı idi. Lakin belçikalı yarımmüdafiəçi ümidləri doğrulda bilmədi. Son olaraq 2017-ci ildə 8,5 milyon avroya "Real Sosyedad"a keçdi.

Rafael Varan

2011-ci ildə "Real"a transfer edilən Varan getdikcə komandanın əsas heyət üzvünə çevrildi və uzun müddət "kral klubu"nun formasını geyindi. Fransa millisinin mərkəz müdafiəçisi 4 dəfə Çempionlar Liqasını, 2 dəfə La Liqanı, 1 dəfə isə dünya çempionluğunu qazandı. Bu il isə 40 milyon avroya "Mançester Yunayted"ə yollandı.

Florian Tauvin

2014-cü ildə "Marsel"in formasını geyinən Tauvin qısa müddət "Nyukasl" macərası yaşasa da, çıxışı məyusluq yaratdı. Hazırda isə Meksikanın "Tiqres" klubunda çıxış edir.

Jerar Dulofeu

"Barselona"nın yetirməsi gələcəyin ən güclü cinah oyunçuları arasında göstərilirdi. Bu müddət ərzində tez-tez klub dəyişən Dulofeu heç cür ümidləri doğrultmadı. Bu il isə A seriyası təmsilçisi "Udineze" ilə anlaşdı.

Markinyoş

Markinyoş 2013-cü ildə 19 yaşında 31,4 milyon avro qarşılığında PSJ-yə transfer olundu. Həmin vaxtdan bəri Paris klubunun şərəfini qoruyan müdafiəçi artıq komandanın kapitanlıq sarğısını daşıyır. O, eyni zamanda Braziliya millisinin əsas heyət üzvüdür.

Lük Şou

İngiltərə millisinin sol cinah müdafiəçisi 2014-cü ildə "Mançester Yunayted"lə anlaşdı. Bu transfer "qırmızı şeytanlar"a 37,5 milyon avroya başa gəldi. Uzun müddət istənilən səviyyədə oynamasa da, ötən mövsümdən etibarən yenidən yüksəlişə keçib.

Kurt Zuma

2014-cü ildə 14,6 milyon avro müqabilində "Çelsi"yə keçən Zumanın ümidləri doğrultduğunu demək olmaz. Buna baxmayaraq, "Vest Hem" bu ilin yayında onu heyətinə qatmaq üçün 35 milyon avro xərcə düşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.