İdman

FİFA bu dəfə OFSAYD qaydasını dəyişir

6 Oktyabr 2021 12:02
0 Şərh     Baxış: 1 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FİFA ofsayd qaydasının dəyişdirilməsini nəzərdən keçirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb real təhlükənin olmadığı bir epizodda hücum edən tərəfin əleyhinə hakimin fit çalması ilə bağlı bir çox komandanın narazılıq etməsidir.

İtaliya tərəfi 18 yaşadək gənclər arasında keçirilən matçlarda qaydalardakı dəyişiklikləri sınamağı təklif edib. Yeni qaydalar hücumçunun bədəni ilə müdafiəçi arasında "pəncərə" yarada bilər.

Qeyd edək ki, Qətərdə keçirilən klublararası dünya çempionatında VAR-da oturan hakimlər ilk dəfə epizoddan bir neçə saniyə sonra robotun görüntünü ötürdüyü zaman ofsayd mövqeyini yarı avtomatik təyin edən sistemdən istifadə ediblər. Bunun sayəsində qərar bir neçə saniyə ərzində verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.