İdman

ÇL: “Bavariya” “Dinamo”ya, “Benfika” “Barselona”ya rəhm etmədi, “Yuventus” “Çelsi”ni əliboş qoydu - VİDEO

30 Sentyabr 2021 14:30
0 Şərh     Baxış: 2 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarında matçlar keçirilib.

E qrupunda "Bavariya" Almaniyada Ukraynanın "Dinamo" (Kiyev) klubunu (5:0), "Benfika" isə Portuqaliyada İspaniya "Barselona"sını darmadağın edib - 3:0.

F qrupunda "Mançester Yunayted" "Old Trafford"da Ronaldunun son dəqiqə qolu ilə "Vilyarreal"a 2:1 hesabı ilə qalib gəlib.

Gecənin ən diqqətçəkən qarşılaşması H qrupunda "Yuventus" ilə turnirin son qalibi olan "Çelsi" arasında oynanılıb. Bu oyunda meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.

Çempionlar Liqası
II tur
29 sentyabr

E qrupu
"Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0
Qollar: Robert Levandovski, 12; 27, Serj Qnabri, 68, Leroy, Sane, 74, Erik Şupo-Motinq, 87

"Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 3:0
Qollar: Darvin Nunyes, 3; 79 (penalti), Rafa Silva, 69

F qrupu
"Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0
Qol: Matteo Pessina, 66

"Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:1
Qollar: Aleks Telles, 60, Kriştianu Ronaldu, 90+5 - Pako Alkaser, 53

G qrupu
"Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya) - 1:1
Qollar: Renato Şteffen, 48 - İvan Rakiiç, 86 (penalti)

"Zaltsburq" (Avstriya) - "Lill" (Fransa) - 2:1
Qollar: Kərim Adeyemi, 35 (penalti); 53 (penalti) - Burak Yılmaz, 62

H qrupu
"Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0
Qollar: Klaudinyo, 9, Daler Kuzyayev, 49, Aleksey Sutormin, 80, Vendel 90+4

"Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə) - 1:0
Qol: Federiko Kyeza, 46

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.