İdman

Çimərlik güləşçimiz İtaliyada bürünc medal qazandı

7 Sentyabr 2021 07:25
0 Şərh     Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın paytaxtı Romada çimərlik güləşi üzrə dünya seriyasının ikinci mərhələsi keçirilib.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, qrup mərhələsini uğurla keçən güləşçimiz Oyan Nəzəriani (+90 kq) yarımfinalda İran idmançısı Soheyl Qolipurqudarziyə minimal fərqlə uduzub. Daha sonra rumıniyalı Vasile Karasa 3:0 hesabı ilə qalib gələn O.Nəzəriani turnirin bürünc medalına sahib olub.

Mahal Novruzov (70 kq) və İbrahim Yusubov (90 kq) medal qazana bilməsələr də, reytinq xalları yığıblar.

Yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

Qeyd edək ki, dünya seriyasının üçüncü mərhələsi Yunanıstanda (10-11 sentyabr), sonuncu - final mərhələsi isə Rumıniyada (25-26 sentyabr) keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.