İdman

“PSJ” Mbappeni əvəzləyəcək futbolçunu tapıb

24 Avqust 2021 09:38
0 Şərh     Baxış: 1 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Everton"un hücumçusu Rişarlison karyerasını Fransa Premyer Liqasında davam etdirə bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Belə ki, Fransanın "PSJ" futbol klubu oyunçu ilə maraqlanır. Mənbənin sözlərinə görə, "PSJ"-nin rəhbərliyi və məşqçilər heyəti braziliyalı futbolçunu yay transfer pəncərəsində komandadan ayrılmağa yaxın olan Kilian Mbappenin əvəzedicisi kimi görür.

Rişarlisonun "PSJ"də oynayan Neymarla yaxın dost olduğu qeyd olunur.

Qeyd edək ki, Rişarlison "Everton"un heyətində 40 matçda 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.