İdman

6 şahmatçımız Avropa çempionatına qələbə ilə başladı

10 Avqust 2021 08:28
0 Şərh     Baxış: 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 9-da Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının birinci turunun oyunları keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 29 ölkədən 117 şahmatçının iştirak etdiyi qitə birinciliyində ölkəmizi 10 şahmatçı təmsil edir.

Birinci turda şahmatçılarımız Günay Məmmədzadə Mariya Qevorgyan (Ermənistan), Gülnar Məmmədova Stella Sankova (Slovakiya), Xanım Balacayeva komanda yoldaşı Ayan Allahverdiyeva, Gövhər Beydullayeva Petronella Parasçiv (Rumıniya), Zeynəb Məmmədyarova Diana Mirza (İtaliya), Ülviyyə Fətəliyeva Stefani Matasaru (Rumıniya) üzərində qələbə qazanıblar.

Türkan Məmmədyarova Ronit Levitan (İsrail), Xəyalə Abdulla Aureliana Pancu (Rumıniya) ilə heç-heçə ediblər. Nəsrin Babayeva isə Rumıniyanın digər şahmatçısı Miruna Lehaçiyə uduzub.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.