İdman

Çempionlar Liqasında 2-ci mərhələ başa çatır

28 İyul 2021 14:20
0 Şərh     Baxış: 2 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə daha 9 qarşılaşma keçiriləcək.

Ölkəmizi turnirdə təmsil edən "Neftçi" "Olimpiakos"unu qəbul edəcək. "Ağ-qaralar" Yunanıstandakı ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzub.

Bu cütlüyün 3-cü təsnifat mərhələsində potensial rəqibləri də bu axşam meydana çıxacaq. Sloveniyada "Mura" ilə qolsuz heç-heçə edən "Lüdoqorets" (Bolqarıstan) bu dəfə rəqibi ilə öz meydanında qarşılaşacaq.

Türkiyənin "Qalatasaray" klubu isə Niderland PSV-sini qəbul edəcək. Səfərdə 1:5 hesabı ilə uduzan İstanbul təmsilçisi məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

28 iyul

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunları

21:00. "Neftçi" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 0:1.

21:00. "Şerif" (Moldova) - "Alaşkert" (Ermənistan)
İlk oyun: 1:0.

21:30. ÇFR (Rumıniya) - "Linkoln" (Cəbəllütariq)
İlk oyun - 2:1.

21:45. "Midtüllan" (Danimarka) - "Seltik" (Şotlandiya)
İlk oyun - 1:1.

22:00. "Qalatasaray" (Türkiyə) - PSV (Niderland)
İlk oyun - 1:5

22:00. "Lüdoqorets" (Bolqarıstan) - "Mura" (Sloveniya)
İlk oyun - 0:0

22:15. "Yanq Boyz" (İsveçrə) - "Slovan" (Slovakiya)
İlk oyun - 0:0

22:30. "Srvena Zvezda" (Serbiya) - "Kayrat" (Qazaxıstan)
İlk oyun - 1:2

22:30. "Sparta" (Praqa, Çexiya) - "Rapid" (Vyana, Avstriya)
İlk oyun - 1:1

29 iyul

"Flora" (Estoniya) - "Legiya" (Polşa) - 0:1
İlk oyun: 1:2

HİK (Finlandiya) - "Malmö" (İsveç) - 2:2
İlk oyun: 1:2

"Omoniya" (Kipr) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1
İlk oyun: 0:2

"Jalqiris" (Litva) - "Ferensvaroş" (Macarıstan) - 1:3
 İlk oyun: 0:2

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.