İdman

Çempionlar Liqasında "Neftçi"nin mümkün rəqibi müəyyənləşdi - YENİLƏNİB

19 İyul 2021 14:10
Baxış: 1 554

14:10

Çempionlar Liqasının III təsnifat mərhələsində Çempionlar yolunun püşkü atılıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Azərbaycan çempionu "Neftçi"nin mümkün rəqibi müəyyənləşib.

II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq Samir Abasovun yetirmələri turu adlasa, "Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi ilə görüşəcək. Bu raundun qarşılaşmaları avqustun 3-4-də və 10-da baş tutacaq. "Olimpiakos" - "Neftçi" cütünün qalibi ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, Azərbaycan və Yunanıstan çempionları arasında ilk qarşılaşma iyulun 21-də Pireydə, cavab görüşü iyulun 28-də Bakıda təşkil olunacaq.

-------

11:14

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq. Ölkəmizi turnirində təmsil edən "Neftçi"nin də 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşəcək. 

2-ci təsnifat mərhələsində "Olimpiakos"a (Yunanıstan) rəqib olan Azərbaycan çempionu püşk zamanı səpələnmişlər səbətində yer alacaq.

 

"Olimpiakos" - "Neftçi" cütünün qalibi üçün 5 potenasial rəqib var. "Alaşkert" (Ermənistan) - "Şerif" (Moldova) cütü isə "Neftçi" üçün potensial rəqib sayılmır.

 

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

Səpələnmişlər

"Dinamo" (Zaqreb, Xorvatiya) / "Omoniya" (Kipr) cütünün qalibi
"Slaviya" (Çexiya)
"Olimpiakos" (Yunanıstan) / "Neftçi" (Azərbaycan) cütünün qalibi
"Slovan" (Slovakiya) / "Yanq Boyz" (İsveçrə) cütünün qalibi
"Kayrat" (Qazaxıstan) / "Srvena zvezda" (Serbiya) cütünün qalibi
"Reyncers" (Şotlandiya)

Səpələnməmişlər

"Mura" (Sloveniya) - "Lüdoqorets" (Bolqarıstan)
"Malmö" (İsveç) - HİK (Finlandiya)
"Linkoln" (Cəbəllütariq) - ÇFR (Rumıniya)
"Legiya" (Polşa) - "Flora" (Estoniya)
"Alaşkert" (Ermənistan) - "Şerif" (Moldova)
"Ferensvaroş" (Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva)

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də Bakıda keçirəcək. 3-cü təsnifat mərhələsinin görüşləri isə 3-4 və 10 avqustda oynanılacaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.