İdman

"Neftçi"nin Çempionlar Liqasında qazancı AÇIQLANDI

15 İyul 2021 17:24
0 Şərh     Baxış: 1 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"nin Çempionlar Liqasının cari mövsümündəki qazancı 1 milyon 850 min manata (920 min avro) çatıb.

Apasport.az saytının məlumatına görə, bu, II təsnifat mərhələsinə vəsiqə sayəsində mümkün olub.

Bakılılar Azərbaycan çempionu kimi yarışa qatıldığı üçün 523 min (260), I təsnifat mərhələsində iştirak üçün 563 min manat (280 min) qazanmışdı. Tbilisi "Dinamo"sunu adlaması isə II təsnifat mərhələsinə vəsiqə ilə yanaşı, daha 764 min manat (380 min) qazanc gətirib.

Bununla da qazancı 2 milyona yaxınlaşan "Neftçi" daha çox mükafat əldə etmək imkanına malikdir. "Ağ-qaralar" "Olimpiakos" səddini adlasa daha 966 min manat (480 min) irəli düşəcək. Çünki III təsnifat mərhələsində iştirakın dəyəri 480 min avro təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.