"Adidas" şirkəti Avro-2020-nin yarımfinal və final matçlarının topunu təqdim edib.
Milli.Az manset.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Yeni top əvvəlki oyunlardakından fərqli dizaynda təqdim olunub.
Qeyd edək ki, Avro-2020-nin yarımfinal matçları 6 və 7 iyulda, final isə 11 iyulda İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda olacaq. Yarımfinalda İspaniya İtaliya ilə, İngiltərə isə Danimarkayla qarşılaşacaq.
Milli.Az